Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Kəlbəcərdə həlak olan hərbçimiz dəfn olundu - Fotolar

Tarix: 16-07-2024 14:38     Baxış: 1 148

Ötən gün Kəlbəcərdə bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib.

Mubarizciler.az APA-ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Zaqatala şəhər sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Yunis Vasif oğlu Abbasovla vida mərasimi keçirilib.

Mərasimdə hərbçinin ailə üzvləri, qohumları, onun qulluq etdiyi hərbi hissənin bir qrup sabit və əsgər heyəti, Zaqatala rayon İcra Hakimiyyəti aparatının nümayəndələri və rayon ictimaiyyəti iştirak edib. Vida mərasimindən sonra Y. Abbasov Zaqatala şəhər qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, müddətdən artıq xidmət edən hərbi qulluqçumuz Yunis Abbasov Kəlbəcərdə uçqun altında qalaraq vəfat edib. Mərhum üç övlad atası idi.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar