Anar Məmmədovun təşəbbüsü ilə 100 ailəyə fərdi qaydada su çəkildi - Fotolar
VI çağırış Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Goranboy rayonunun Qaradağlı kəndində su açılışında iştirak edib.
Mubarizciler.az xəbər verir ki, xəbər verir ki, açılışda Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Goranboy rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər və kənd sakinləri iştirak edib.
Anar Məmmədov çıxış edərək, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Qeyd edək ki, Qaradağlı kəndində su çəkilişi ilə bağlı artıq üçüncü layihə tamamlanmış oldu. Kənd sakinlərinin müraciətinə cavab olaraq 100 ailəyə fərdi qaydada su çəkildi. Bununla da Qaradağlıda 500 ailənin evinə su çəkilib.
Keçirilən mərasimdə çıxış edən şəhid ailələri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş