Xəbər lenti

Şəhid Məmməd Mirzəyev Ağdamda dəfn edilib - Fotolar

Tarix: 15-07-2024 17:22     Baxış: 1 211

Bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində  Birinci Qarabağ müharibəsi zamanı  itkin düşmüş hesab edilən şəhid Mirzəyev Məmməd Hüseyn oğlunun dəfn mərasimi keçirilib. 

Mubarizciler.az xəbər verir ki, öncə Ağdam Dövlət Dram Teatrının qarşısında hərbi orkestrin müşayiəti ilə  vida mərasimi keçirilib. 

Mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Cənazə namazından sonra şəhid yaylım atəşi ilə Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb.

Qeyd edək ki, 1967-ci ildə Ağdam rayonunun Güllücə  kəndində anadan olan Mirzəyev Məmməd Hüseyn oğlu Birinci Qarabağ müharibəsində Xocavənd  cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1992-ci il fevralın 17-də itkin düşüb.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar