İcra Başçısı Şəhid İsmayıl Qabilovun məzarını ziyarət edib - Fotolar
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi şəhidi İsmayıl Qabilovun ad günündə məzarını və ailəsini ziyarət edib.
Mubarizciler.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, RİH-in məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri və şəhidin doğmalarının iştirakı ilə şəhid Qabilov İsmayıl Əli oğlunun ad günündə məzarını ziyarət ediblər.Şəhidin məzarı üstünə gül dəstələri qoyularaq, ruhuna dualar oxunub.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanmışdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdirlər.
Qeyd edək ki, İsmayıl Qabilov 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu kimi iştirak etmişdir. 27 sentyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi, vətənə iki övladı yadigar qalıb. 05 dekabr 2020-ci il tarixdə Göygöl rayon Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Xəbəri paylaş