Rəşad Tağıyev vətəndaşların müraciətlərini dinlədi - Fotolar
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin vətəndaşlarla növbəti səyyar qəbulu ucqar dağ kəndlərimizdən olan Daşbulaq kəndində keçirilib.
RİH-in, rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərlərinin və kənd ictimaiyyətinin iştirak etdiyi görüşdə icra başçı artıq ənənə halını almış yerlərdəki səyyar qəbuların əsas məqsədinin sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək olduğunu bildirib.
İcra başçısı görüşdə Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən, əldə olunmuş uğurlardan danışıb, rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, Şəmkirdə aparılan geniş tikinti-quruculuq, abadlıq işlərindən bəhs edib.
Mubarizciler.az xəbər verir ki, sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, kəndin ümumi problemləri müzakirə olunub. Sakinlərimizin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Xəbəri paylaş