Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Gəncədə ümumi təhsil məktəblərinin məzunlarıyla görüş keçirilib - Fotolar

Tarix: 11-07-2024 20:06     Baxış: 1 764

11 iyul tarixində iqtisad üzrə fəlsəfə doktoru, Qarabağ Universitetinin rektoru Şahin Bayramov Gəncə şəhər, Samux, Daşkəsən və Göygöl rayonları üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin məzunlarıyla görüş keçirib. 

Mubarizciler.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında keçirilən görüşdə ixtisas seçimi zamanı Qarabağ Universitetini seçmək istəyən məzunlar iştirak ediblər. 

Görüşdə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Kərimov Qarabağ Universitetinin yaradılmasının işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində atılan ən önəmli addımlardan biri olduğunu bildirib. 

Görüşdə Universitetin rektoru Şahin Bayramov məzunlarla Qarabağ Unversitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparmış, universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, xüsusi təqaüd imkanları, yataqxanası və s. barədə ətraflı məlumat verib. 

Qeyd edək ki, yeni tədris ilində Qarabağ Universitetində 1200 nəfər tələbənin təhsil alacağı nəzərdə tutulub.

Tədbirin davamında məzun ları maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar