Xəbər lenti

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirib - Fotolar

Tarix: 09-07-2024 21:16     Baxış: 798

09 iyul 2024-cü il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilib.

Mubarizciler.az xəbər verir ki, qəbulda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.

Ümumilikdə qəbul zamanı 27 nəfər rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar