Xəbər lenti

Ağstafada bir qrup Vətən müharibəsi iştirakçıları və Qazilərlə səmimi görüş keçirilib - Fotolar

Tarix: 06-07-2024 20:10     Baxış: 875

Vətən müharibəsi iştirakçılarının sosial problem və qayğılarını operativ şəkildə həll etmək məqsədilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qazilərlə görüşü davam edir.

Mubarizciler.az xəbər verir ki, görüşü giriş sözü ilə açan Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vurğuladı ki, ölkə rəhbərliyi Vətən müharibəsi iştirakçılarının sosial rifahını yüksəltmək işinə xüsusi önəm verir. Məhz buna görə yerli icra hakimiyyəti orqanları bu sahədə bütün imkanlarını səfər ediblər. Daha sonra söz alan qazilər müharibədən sonra dinc həyata adaptasiya olunmaqda üzləşdikləri çətinliklərdən söz açdılar.

Qaldırılan bir sıra problemlərin həlli mərkəzi icra hakimiyyət orqanlarının səlahiyyətləri çərçivəsində olduğundan bu qurumlara müvafiq müraciətlərin ediləcəyi bildirildi. Digər məsələlərlə əlaqədar isə Ağstafa rayon İcra Hakimiyyəti aparatında fəaliyyət göstərən “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nə bir sıra tapşırıqlar verildi.

Görüşdə çıxış edən qazilər onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin təşəkkülərini bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar