Xəbər lenti

Kamran Əliyev İraqın Ali Məhkəməsinin sədri və Baş prokuroru ilə görüşdü - Fotolar

Tarix: 05-07-2024 00:33     Baxış: 658

İyulun 4-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan İraq Ali Məhkəmə Şurasının sədri cənab Faiq Zidan və Dövlət Prokurorluğunun sədri Nacmu Abdullah Əhməd ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qonaqları salamlayan Baş prokuror geniş tərkibli nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla İraq arasında hüquqi əməkdaşlığın uğurlu başlanğıcı kimi qiymətləndirib.

Kamran Əliyev hər iki dövlətin prezidentlərinin birgə səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində ölkələrimiz arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.

Baş prokuror cari ilin 29 sentyabr - 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək iraqlı həmkarlarını tədbirdə iştiraka dəvət edib.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Faiq Zidan iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, hüquq-mühafizə orqanları arasında cinayətkarlığa, xüsusilə də terrorçuluqla mübarizə sahəsində qarşılıqlı səmərəli əməkdaşlığın aparılmasının vacibliyini ifadə edib.

Tərəflər əlaqələrin möhkəmləndirilməsi istiqamətində müqavilə hüquq bazasının genişləndirilməsini müzakirə ediblər.

Görüşdə İraqın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Maki Resan Abdulla Əl-Mamori də iştirak edib.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar