Xəbər lenti

Goranboyda vəzifəyə təyinat olub - FOTO

Tarix: 04-07-2024 15:32     Baxış: 5 943

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin imzaladığı Sərəncama əsasən Seymur Namiq oğlu Namazov İcra başçısının Quşçular kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəsi vəzifəsindən azad edilərək Dəliməmmədli şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

Mubarizciler.az xəbər verir ki,  Namazov Seymur Namiq oğlu 15.08.1988 - ci ildə Goranboy rayon Dəliməmmədli şəhərində anadan olub. 2006-cı ildə Dəliməmmədli şəhər M. Zeynalov adına tam orta məktəbi bitirib, 2007-ci ildə Gəncə Dövlət Univеrsitеtinə qəbul olub, 2011-ci ildə həmin Universiteti bitirmişdir.

2011-2012-ci ildə isə Həqiqi hərbi xidmətini başa vurmuşdur. İlk fəaliyyətinə isə Quşçular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müavin vəzifəsində başlamış 2019-cu ildən 2024-cü ilin iyul ayına qədər Quşçular kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəsi vəzifəsində çalışmışdır.

YAP-ın üzvüdür.

Ailəlidir iki övladı var.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar