Xəbər lenti

Ramil Cəfərov Polis əməkdaşları tərəfindən saxlanıldı - Fotolar

Tarix: 28-06-2024 16:41     Baxış: 770

Bərdədə Polis əməliyyat keçirib.

Mubarizciler.az-ın məlumatına görə, Bərdə RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində BƏRDƏ şəhər sakini Cəfərov Ramil Fazil oğlu saxlanılmış, həmin şəxsin üzərinə baxış zamanı əlində olan qara rəngli idman çantasından 3 ədəd qara sellofan bükümdə  ümumilikdə çəkisi 4 kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkar olunmuşdur.  Həmin şəxs narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu tanımadığı İran İslam Respublikası vətəndaşının vasitəsilə əldə etdiyini və Bakı şəhərinə çatdırmalı olduğunu bildirmişdir. Saxlanılan şəxsin əlaqəsində olan və narkotik vasitənin mənbəyinin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində  Bərdə RPŞ araşdırma aparılır.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar