Xəbər lenti

Daşkəsəndə Şəhid Vidadi İsrəfilovun məzarı və ailəsi ziyarət edilib - Fotolar

Tarix: 26-06-2024 19:19     Baxış: 931

Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Kərimov, Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, sektorun əməkdaşları, ATİAHİ, məktəb direktorları Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbin Riyaziyyat müəllimi olmuş, Şəhid Vidadi İsrəfilovun məzarını, daha sonra evində ailə üzvlərini ziyarət ediblər.


Mubarizciler.az xəbər verir ki, Xiyabanda  çıxış edən GDRTİ-nin müdir müavini Rövşən Kərimov Vidadi İsrəfilovun əziz xatirəsinin hər zaman yüksək tutulduğunu, Şəhid ailələrinə daim diqqət və qayğı göstərildiyini bildirib. 

Şəhid Vidadi İsrəfilovun atası, eyni zamanda Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbin direktoru Vaqif İsrəfilov çıxış edərək Vidadi müəllimin döyüş yolundan xatirələri bölüşüb.

Silahlı Qüvvələr Günü münasibətilə Vətən uğurunda canından keçmiş Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyir, Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir, şərəfli xidmətlərində uğurlar arzulayırıq! 




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar