Xəbər lenti

“23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” Goranboyda qeyd edildi - Fotolar

Tarix: 22-06-2024 13:39     Baxış: 889

Goranboyda, “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə bağlı tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və digər dövlət qulluqçuları, “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə, öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. 

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən “Dövlət qulluqçularının peşə bayramı” münasibəti ilə İcra Başçısı Məhərrəm Quliyev rayonda fəaliyyət göstərən dövlət qulluqçularına təbrikini çatdırdı. Dövlət qulluğunda fərqlənən bir neçə əməkdaşa  rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar