Xəbər lenti

Sellə bağlı vətəndaşlara müraciət edildi

Tarix: 21-06-2024 23:48     Baxış: 1 204

Saat 21:30-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Mubarizciler.az xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya xidmətinin rəsmisi Asif Verdiyev məlumat verib.

O bildirib ki, Yevlax, Qobustan, Qrız, Şahdağ, Şamaxı, Altıağac, Quba, Qusar, Şabran, Xaltan, Gədəbəy, Xınalıqda arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır. Quba rayonu ərazisindən axan Vəlvələçay, Caqacuqçay, Ağçay və Cimiçaydan sel keçib. Hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçir.

A. Verdiyev qeyri-sabit hava şəraiti və sellə bağlı vətəndaşlara müraciət edib:

“Çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə durmağı, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyi tövsiyə edirik.

Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar