Vətənimə xidmət etmək mənim uşaqlıq arzumdur
Vətənimə xidmət etmək mənim uşaqlıq arzumdur!
16.08.2007- ci ildə Qəhrəman Goranboyun Hazırəhmədli kəndində anadan olmuşam. Şəhid Turab Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbində təhsil alaraq 14.06.2024- cü il tarixində həmin məktəbin 11- ci sinfini bitirdim.
İlk dəfədir ki, ölkəmizdə iki Universitet qapılarını tələbələrin üzünə açacaq: Milli Müdafiə Universiteti, Qarabağ Universiteti.
Milli Müdafiə Universitetinə, onun nəzdində fəaliyyət göstərən hərbi kollecə qəbul qaydalarını oxudum, tanış oldum mənim vətənpərvərlik ruhda böyüməyimə təkan verdi və hərbi kollecdə təhsil almaq qrarına gəldim.
Birinci Qarabağ, 44 günlük vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyünün qorunub saxlanılmasında canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirəm, Allahtaladan rəhmət diləyirəm.
Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən hərbi kollecə qəbul olunmaq üçün tələb olunan sənədləri hazırlayıb, həkim komissiyalarından keçərək uğur qazandım, "yararlı" statusunu aldım. Kollecə qəbul olunmaq üçün əsas mərhələni keçərək uğur qazandım.
Kollecə qəbul olunmaq üçün tam ədalətli, obyektiv, şəffav həkim komissiyası təşkil edilmişdi, sənədlərin qəbulu qanunla müəyyən olunmuş qaydada həyata keçirilirdi. Çox şükürlər olsun ki, hələki əziyyətim yerdə qalmadı.
Gələcəyimə nikbin baxıram. Ona görə ki, gələcəyin kursantı olmağı qarşıma məqsəd qoymuşam.
Bu yolda uğur qazanan müdavimlərə uğurlar arzulayıram!
Hörmətlə,
Goranboy rayonu T. Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin məzunu, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən hərbi kollecə sənəd verən müdavim Əliyev Ayxan Ehtibar oğlu
Tarix : 17.06.2024- cü il
Xəbəri paylaş