Xəbər lenti
18-11-2024, 12:06
 

Ürfət Həsənov: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

Tarix: 15-06-2024 21:05     Baxış: 609

Qurtuluşdan tərəqqiyə, inkişafa dorğu zamanını yaşamış Azərbaycan, tərəqqidən qələbəyə doğru addımlayaraq Zəfərini qazandı. Bu uğurların təməlində həyatının əsas hissəsini dövlətimizin güclü olmasına həsr edən Ulu Öndər Heydər Əliyevin qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasəti dayanır. Kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə sabitlik və əmin-amanlığı bərpa etdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın sivil, demokratik yolla inkişafına nail olaraq böyük nailiyyətlərin əldə olunması istiqamətində qətiyyətli addımlar atıb.

İctimai, siyasi və tarixi əhəmiyyətə malik olan 1993-cü ilin 15 İyun Milli Qurtuluş Günü - Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan tarixi gündür. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğradaraq, 1993-cü il iyunun 9-da Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlər, 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəsin əldə edilməsi, ölkəmizin dünya birliyinə inteqrasiyası, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi Azərbaycanın dinamik inkişafını təmin etmiş oldu. Müstəqilliyini əldə etmiş Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Əlbəttə ki, bu uğurlu inkişaf konsepsiyası, layihələrin reallaşması, aparılan islahatlar qısa bir zamanda böhran vəziyyətdə yaşayan Azərbaycanın bütün sahələrində tərəqqi və dirçəlişin baş verməsinə səbəb oldu. Görülən işlər Azərbaycanın müstəqilliyini daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar Qurtuluşdan başlanan tərəqqi və inkişafa doğru gedən yolda öz həllini tapmış oldu. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu və bununla da ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı. Həqiqətən də, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Azərbaycanın sabitliyə, əmin-amanlığa, demokratiyaya yol açdığı tarixdir.

Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. "Hər bir millət öz milli mənsubiyyəti ilə qürur duyur. Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - bildirən Heydər Əliyevin bu ifadələri əməllərində özünün təsdiqini tapdı və Onun qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan müəyyən etdiyi strateji xətlə daha da inkişaf edir. Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezident İlham Əliyev Dahi Öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir. "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyən Ulu Öndərin bu fikirləri özünün qısa bir zamanda doğrultmuş oldu. Azərbaycanı regionun lider dövlətinə çevirən, dünyada sayılıb-seçilən ölkələrdən biri kimi yer almasında müstəsna xidməti olan qlobal proseslərə də kifayət qədər böyük töhfələr verən Prezident İlham Əliyev tariximizə zəfərimizi də həkk etdi. Ali Baş Komandan olaraq cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu gün Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşib ki, bu da xalq-iqtidar birliyinin mövcudluğudur. Dövlətimiz günü-gündən güclənir, qüdrətlənir.

Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Tariximizdə 15 İyun - Milli Qurtuluş günü kimi daxil olan bu gün Azərbaycan xalqı üçün əlamətdar və silinməz bir tarixdir. Ötən ilin bu günü - 15 iyununda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Şuşa Bəyannaməsi imzalandı. Müstəqil dövlətimizin qazandığı bu və ya digər nailiyyətlər Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin təntənəsidir. Bu uğurlar Azərbaycanı Qurtuluşdan tərəqqiyə və tərəqqidən Zəfərə doğru apardı.


Ürfət Həsənov

Goranboy Rayon Sukanal idarəsinin rəisi



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar