Xəbər lenti
31-01-2026, 15:41
 

Latviyanın Baş prokurorunun ölkəmizə səfəri başa çatıb - Fotolar

Tarix: 14-06-2024 22:43     Baxış: 889

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviya Respublikasının Baş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub. 

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası və Zəfər muzeyi ilə tanış olaraq, prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Qonaqlara ölkəmizin prokurorluq və digər hüquq mühafizə orqanlarının fəaliyyəti barədə ətraflı məlumat verilib. 

Nümayəndə heyəti Milli Xalça muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edərək, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası, həmçinin UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş digər tarixi-memarlıq abidələri ilə tanış olublar.

Latviyalı prokurorlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirilən stendlərlə tanış olublar. 

Nümayəndə heyətinin səfəri başa çatıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar