Xəbər lenti
Bu gün, 19:50
 
18-11-2024, 12:06
 

Goranboyda “15 iyun-Milli Qurtuluş Günü” qeyd edildi - Fotolar

Tarix: 14-06-2024 12:49     Baxış: 938

Goranboy rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə  “15 iyun-Milli Qurtuluş Günü”   ilə bağlı,  tədbir keçirildi. Tədbirdə, Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev,  YAP idarə heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP rayon təşkilatının sədri Samir Qocayev, rayonun digər rəhbər şəxsləri, YAP rayon fəalları, ictimaiyyət nümayəndələri  iştirak etdilər.

Mubarizciler.az xəbər verir ki Tədbir iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir  Goranboy şəhər  Mədəniyyət evində  davam etdirildi. 

Tədbirdə çıxış edən İcra Başçısı və digər natiqlər vurğuladılar ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun–Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Liderimiz Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi, bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. 

Bu gün Müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham  Əliyevin əlindədir. Məhz bu siyasətin uğurla həyata keçirilməsi nəticəsində, Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. 

 Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Rəşadətli Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək

Tədbirdə, rayon mədəniyyət evinin və incəsənət ustalarının təqdimatında bədii-musiqili proqram nümayiş etdirildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar