Əziz Qənbərov Nazirə təşəkkür ünvanlayıb
Vəkil Əziz Qənbərov sosial şəbəkə vasitəsi ilə Daxili İşlər Naziri General-polkovnik cənab Vilayət Eyvazova Təşəkkürnamə ünvanlayıb.
Mubarizciler.az edilən Təşəkkürnaməni olduğu kimi təqdim edir.
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
TƏŞƏKKÜRNAMƏ
Hörmətli Vilayət müəllim!
Mən ölkəmizin qida təhlükəsizliyində xüsusi yeri olan Kəndli Fermer Təsərüffati ilə məşğul olan şəxslərin təmənnasız hüquqlarını müdafiə edirəm. Bu il cənab Prezidentimiz ötən illərdən fərqli olaraq tək Kəlbəcər və Laçın sakinlərinə deyil ölkənin digər fermerlərinə də yaylaqda şərait yaradılması göstərişini vermişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu işin öhdəsindən layiqincə gəlmiş və hər bir fermerə təsərüffatının sayına uyğun olaraq (200 qoyuna 68 ha) ərazi ayırıb konkret sərhədlər müəyyən etmişdi. Mən fermerlər yaylağa köçməzdən əvvəl fermerlər ilə mütəmadi görüşən şəxs olaraq Onların bəzilərinin yaylağa təsərüffat aparmaq üçün deyil konkret təxribat üçün getdiklərini müşahidə edirdim. Ona görə ilk öncə Kəlbəcər rayon Polis şöbəsinin rəisi cənab Haqverdi Əkbərova mətbuat vasitəsi ilə müraciət etdim ki, tədbirli olsun. Çünki sərhədyanı bölgədə təxribat ancaq ermənilərə xidmət edə bilər.
Dediyim 2-3 nəfər təxribatçı şəxslər kolxoz vaxtı babası kolxoza çobançılıq edərkən düşdüyü yaylağı özünə dədəbaba yurdu kimi qələmə verərək fermerlərlə münaqişə yaratmağa cəhd edirdilər.
Lakin Kəlbəcər rayon Polis Şöbəsinin rəisi cənab Haqverdi Əkbərov mənim müraciətimi dərhal nəzarətə götürmüş, həmin şəxslərin dairəsi müəyyən edilmiş və heç bir ciddi münaqişə olmadan proflaktik tədbirlər sayəsində böyük bir təxribatın qarşısı alınmışdı. Kəlbəcər rayon Polisi gözləmir ki, hadisə baş versin sonra hadisə yerinə getsin. Fermerlərimizi marifləndirməklə qanunvericiliyin tələbləri çərçivəsində gecə, gündüz, qar, boran, tufan demədən nizam intizamı yaratmışdırlar. Hazırda yaylaqdan aldığım məlumata əsasən fermerlərimiz dinc, mehriban qonşuluq şəraitində təsərüffatlarını yaylaqlarımızda yayladırlar.
Hörmətli cənab Nazir!
Mən Siz başda olmaqla Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına, xüsusi həssaslıq göstərərək vəzifələrinin icrasını layiqincə yerinə yetirən Kəlbəcər rayon Polis Şöbəsinin rəisi cənab Haqverdi Əkbərova, Şöbənin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili cənab Rafiq Alməmmədova təşəkkür edirəm!
Hörmətlə!
Fermerin KÖHNƏ DOSTU Əziz Qənbərli
Xəbəri paylaş