Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Naftalanlı Şəhid və qazi ailələri Şuşaya səfər ediblər - Fotolar

Tarix: 12-06-2024 16:18     Baxış: 1 190

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Şəhidlərimizin ailələri və qazilərimiz daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə yerli icra hakimiyyətləri tərəfindən mütəmadi tədbirlər həyata keçirilir.

Mubarizciler.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhid və qazi ailələri, onların övladları qürur mənbəyimiz olan Şuşa şəhərinə səfər ediblər.

ŞİH-nin başçısı Şəhid və qazi ailələrini yola salarkən qeyd edib ki, Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdə qəhrəman vətən övladlarının xidmətləri əvəzsizdir. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsi dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulur, sağlamlığını itirmiş qazilərimiz hər zaman qayğı ilə əhatə olunur. 

Şuşa gəzintisi çərçivəsində mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin tarixi yerləri ilə tanış olublar. Əsgəran və Şuşa qalasında, Xan qızı bulağında olublar, bəstəkar Üzeyir Hacıbəyovun abidəsini, Mehmandarovların ev muzeyini, Bülbülün ev muzeyini, Yuxarı Gövhər Ağa məscidini, İsa bulağını, Cıdır düzünü ziyarət ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar