Xəbər lenti
8-05-2026, 14:49
 

Şıxı Ələsgərovun 90 illiyinə həsr olunmuş riyaziyyat fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib - FOTOLAR

Tarix: 06-06-2024 01:09     Baxış: 1 582

Tanınmış maarif xadimi Şıxı Ələsgərovun 90 illiyinə həsr olunmuş riyaziyyat fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mubarizciler.az xəbər verir ki,  ki, Şıxı Ələsgərov “Əməkdə fərqlənməyə görə” medalı, ”Qabaqcıl Maarif Xadimi”, “SSRİ –nin Maarif Əlaçısı”, “Əmək Veteranı” medalı və “Şərəf nişanı” ordeninə layiq görülüb. 

Məlumat üçün bildirirək ki, Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında 2 mərhələdən ibarət riyaziyyat olimpiadası təşkil edilib. Olimpiadanın məktəb mərhələsində 3467 nəfər şagird iştirak edib ki, onlardan 53 nəfər şagird şəhər mərhələsində iştirak etmək hüququ qazanıb. Şəhər mərhələsində iştirak edən 53 nəfərdən isə 3 nəfər şagird riyaziyyat olimpiadasının şəhər mərhələsinin qalibi hesab ediliblər.

Qeyd edək ki, olimpiadada I yerin  ortaq qalibləri  – Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Əhmədov Raul, Gəncə şəhər 21 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Allahverdiyev Raul, II yerin qalibi Gəncə şəhər 26 nömrəli məktəb-liseyin 7-ci sinif şagirdi Yusubov Yusif, 3-cü yerin qalibi – Gəncə şəhər 32 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nəsiri Xədicə layiq görülüb. 

Tədbir bədii hissə ilə davam edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar