Xəbər lenti

Xəyal Məmmədovun iştirakı ilə iclas keçirilib - Fotolar

Tarix: 04-06-2024 21:04     Baxış: 2 100

04 iyun 2024-cü il tarixdə Goranboy şəhər 1 nömrəli tam orta məktəbin akt zalında 2 hissədən ibarət görüş keçirilib. 

Mubarizciler.az-ın məlumatına görə, Birinci hissədə təhsilverənlərin etik davranış qaydaları və qaydalara edilən dəyişikliklərlə bağlı görüşdə iştirak edən ümumi təhsil müəssisələrinin direktorlarına, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə və pedoqoji heyətə ətraflı məlumat verildi.  

Görüşün ikinci hissəsində isə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları, müavinləri və lX buraxılış siniflərində Tədris dili, riyaziyyat, xarici dil fənnini tədris edən müəllimlərin iştirakı ilə tədris ilinin yekunları müzakirə edildi.

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən lX siniflər üzrə ümumi orta bal  növbəti il ilə müqayisədə artaraq 98 bal olmuşdur.

Görüşün sonunda çalışmanın yaş həddinə çatmış Goranboy şəhər 1 nömrəli tam orta məktəbin sabiq direktoru Səidə Məmmədova xidməti illər ərzində səmərəli fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar