Xəbər lenti

Goranboyda “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi - Fotolar

Tarix: 04-06-2024 11:49     Baxış: 1 372

Goranboy rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı, rayon Polis şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Gəncə bölgəsi üzrə şöbəsinin birgə iştirakı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9 bəndinə uyğun olaraq “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri” mövzusunda maarifləndirmə tədbiri keçirildi. Mubarizciler.az xəbər verir ki,  Tədbirdə Nərimanlı kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri, müəllim və valideynlər iştirak etdilər. Yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması, uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətlərinin onların normal inkişafına mane olduğunu, ümumilikdə uşaq hüquqlarını pozan bütün halların zorakılıq kimi qiymətləndirildiyini, bu cür halların qarşısının vaxtında alınması və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi bildirildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar