Xəbər lenti

Goranboyda yeni təyinat alan direktorla bağlı müraciət ünvanlanıb - FOTO

Tarix: 03-06-2024 00:01     Baxış: 5 670

Goranboy rayon T. Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmiş Təranə Cəbrayılova ilə bağlı Minnətdarlıq məktubu ünvanlanıb.

Mubarizciler.az xəbər portalına daxil olan Minnətdarlıq məktubunu olduğu kimi təqdim edirik.

Hər sözü , hər  bir hərəkəti bütün pedaqoji kollektiv  arasında nümunəyə  çevrilən nüfuzlu rəhbərə eşq olsun ! 

  Azərbaycan Respublikasının Elm və Təhsil naziri Cənab Emin Əmrullayevə 

 SURƏTİ : Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Cənab Anar Qədiməliyevə 

SURƏTİ:Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri Cənab Xəyal Məmmədova

   M İ N N Ə T D A R L I Q

Qeyri-adi peşəkarlığı ilə şöhrətlənən, təhsil sahəsinə töhfələrini verən, peşəkar müəllim peşəsinin vurğunu, idarəçilikdə xüsusi ilə fərqlənən nüfuzlu məktəb direktoru  böyük qəlbli insan, Goranboy rayonu T. Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbin direktoru Xanım Təranə Cəbrayılova  öz əməli fəaliyyəti ilə minlərlə insanın rəğbətini qazanmışdır. Gərgin əməyi ilə illərdir  yeniliklərə imza atan çox hörmətli Təranə müəllimə nadir istedadlı şəxsiyyət kimi tanınır. Çox hörmətli Təranə müəllimənin hər sözü, hər bir hərəkəti bütün  rəhbərlik etdiyi kollektiv arasında nümunəyə çevrilib. Bu gün Təranə müəllimənin verdiyi tövsiyələr onun ziyalılığının nümunəsidir. 

  İnsana yardım göstərmək, qanunçuluq uğrunda mübarizə aparmaq Təranə müəllimənin əsl humanist xidmətlərindən biri kimi diqqəti çəkir. 

  Çox hörməti Təranə müəllimə işinin gərginliyinə baxmayaraq həmişə bir rəhbər kimi mülayimliyi ilə, həssaslığı və insanlara olan mehribanlığı ilə seçilir. Özünün insani təravəti , səmimiliyi, başqalarının kədərinə yanması, köməyinə çatması, ən ağır anlarda insana dayaq durması məxsusi  dəyərləri sırasında hallanır.

 Biz gələcəyə nikbin baxırıq  Ona görə ki, Təranə  müəllimə kimi nüfuzlu məktəb direktoru bu gün Goranboy rayonu T. Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinə  rəhbərlik edir. Aidiyyatı qurumların rəhbərlərinə öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk  ki, Təranə müəllimə kimi nüfuzlu rəhbərin Goranboy rayonu T. Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin edilib , bu vəzifədə çalışmasına şərait yaradırlar. 

   Çox hörmətli Təranə müəllimə 23.05.2024- cü il tarixindən Goranboy rayonu T. Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinə rəhbərlik edir, az müddətdə məktəbimiz üçün çox işlər görüb, görməkdə davam edir, bu gün də ona verilən dəyər, qiyməti, etimadı qoruyub , saxlayaraq həvəslə vəzifəsinin öhdəsindən layiqincə gələrək idarəçilikdə xüsusi ilə fərqlənir.

Məktəbimizin kollektivi , valideynlər adından Təranə xanım Cəbrayılovaya Allahtaladan sağlam can sağlığı , uzun ömür, pedaqoji və dövləti fəaliyyətində uğurlar arzulayırıq ! 

  Hörmətlə,

 Goranboy rayonu T. Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin kollektivi və bir qrup kənd sakinləri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar