Xəbər lenti

Goranboy Rayon Mərkəzi Xəstəxanasında hesabat seçki konfransı keçirilib - Fotolar

Tarix: 02-06-2024 02:06     Baxış: 1 064

Goranboy Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının 2017-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki konfransı keçirilib.

Mubarizciler.az xəbər verir ki,  Konfransda Goranboy RMX-nın baş həkimi Arzu Teymurov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birinci müavini Elnarə Muradova, Goranboy Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri İlqar Musayev və konfransa seçilmiş nümayəndələr iştirak ediblər.

Arzu Teymurov konfransın işinə uğurlar arzulayıb.

Konfransda Goranboy Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri İlqar Musayev hesabatla çıxış edib.

Eləcə də Təftiş komissiyasının hesabatı dinlənilib və hər iki hesabat qənaətbəxş olaraq qiymətləndirilib.

Eyni zamanda açıq səsvermə yolu ilə Şura, Rəyasət heyəti, Təftiş komissiyası üzvləri seçilib. İlqar Musayev isə Goranboy rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri vəzifəsinə təsdiqlənib.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrin birinci müavini Elnarə Muradova çıxış edərək görülmüş işlər, qarşıda həyata keçiriləcək tədbirlər barədə konfrans iştirakçılarına məlumat verib, üzvlərin suallarını cavablandırıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar