Xəbər lenti

Sabah Xankəndidə Zəfər paradı keçiriləcək 0

Tarix: 07-11-2023 10:37     Baxış: 9 212


Sabah, noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərində parad keçiriləcək.

“Report”un məlumatına görə, artıq Zəfər paradına hazırlıq işləri başa çatmaq üzrədir.

Paradda Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, xüsusi təyinatlı və digər silahlı birləşmələrin keçidi olacaq.

Həmçinin, düşməndən qənimət kimi götürülən hərbi texnikalar nümayiş etdiriləcək.

Qeyd edək ki, 1991-ci il dekabrın 28-də Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Xankəndi şəhərini və Kərkicahan qəsəbəsini separatçılardan azad edib. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar