Xəbər lenti

Milli Qəhrəman Yunis Nəcəfovun doğum günüdür 0

Tarix: 31-08-2023 00:57     Baxış: 2 716

Azərbaycanın Milli Qəhrəmanı Yunis İsa oğlu Nəcəfov 1967-ci il avqustun 31-də Kəlbəcər rayonunda anadan olub.

Mubarizciler.az xatırladır ki, 1985-ci ildə Goranboy rayonunun Qarqucaq kənd orta məktəbini bitirib. Bakı Hərbi Komandirlər Məktəbinə daxil olub. İkinci kursdan sonra təhsilini Çelyabinsk Tank Məktəbində davam etdirib.

1989-cu ildə leytenant rütbəsi aldıqdan sonra oradakı hərbi hissələrdən birində qulluq etməyə başlayıb. 1990-cı ildə Bakıya gələrək Biləcəri Dəmiryol İdarəsində çalışıb. Yunis 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. “N” saylı hərbi hissədə bölük komandiri kimi xidmətə başlayıb. Kərkicahan, Malıbəyli kəndlərinin, Şuşa şəhərinin erməni işğalçılarından müdafiəsində iştirak edib. O, bir leytenant kimi bütün döyüşlərdə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirib.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 dekabr tarixli 350 nömrəli Fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Goranboy rayonunun Qarqucaq kəndində dəfn olunub. Goranboy rayonunda və Biləcəri qəsəbəsində büstü qoyulub. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar