Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Məhərrəm Quliyev dağlıq ərazidə xırdabuynuzlu heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin fəaliyyəti ilə yerində tanış oldu Fotolar

Tarix: 26-08-2026 12:28     Baxış: 686

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurla icrasının təmin edilməsi, aqrar sahədə fəaliyyət göstərən sahibkarlarla birbaşa təmasların gücləndirilməsi və onların fəaliyyətinin yerində öyrənilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev dağlıq ərazidə xırdabuynuzlu heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin fəaliyyəti ilə yerində tanış oldu.

Mubarizciler.az xəbər verir ki, Görüş zamanı təsərrüfat sahiblərinin qayğıları və qarşılaşdığı məsələlərlə maraqlanan rayon İcra Hakimiyyətinin başçısı, xırdabuynuzlu heyvanların saxlanılması şəraiti, otlaq sahələrindən istifadə imkanları və təsərrüfatın fəaliyyətinin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Məhərrəm Quliyev rayonda kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafı, sahibkarların fəaliyyətinin dəstəklənməsi və onların qarşılaşdıqları məsələlərin yerində öyrənilməsi diqqətdə saxlanıldığını qeyd edərək təsərrüfat sahiblərinin qaldırdığı məsələlərin aidiyyəti üzrə araşdırılması və imkanlar daxilində həlli istiqamətində müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verdi.

Görüşdə dövlət dəstəyindən səmərəli istifadə etməklə xırdabuynuzlu heyvandarlığın inkişaf etdirilməsi, təsərrüfatın mövcud potensialından daha səmərəli istifadə olunması və istehsal imkanlarının artırılması istiqamətində görüləcək işlər də müzakirə edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar