Xəbər lenti
2-09-2026, 15:00
 

Goranboyun İcra başçısı “Konstralab İndustries” QSC-yə məxsus zavodun fəaliyyətinə baxış keçirdib Fotolar

Tarix: 28-08-2026 18:51     Baxış: 1 785

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə Qazanbulaq qəsəbəsində fəaliyyət göstərən “Konstralab İndustries” QSC-yə məxsus astar və üzlük gips məmulatları zavodunda oldu.

Mubarizciler.az xəbər verir ki, Baxış zamanı müəssisənin fəaliyyəti, istehsal prosesi, istehsal olunan məhsulların çeşidi, mövcud istehsal gücü və gələcək inkişaf perspektivləri barədə rayon İcra Hakimiyyətinin başçısına ətraflı məlumat verilərək bildirildi ki, müəssisədə tikinti sektorunda geniş istifadə olunan astar və üzlük gips məmulatlarının istehsalı həyata keçirilir.

Qeyd olundu ki, hazırda zavodda 160 nəfər işçi çalışır. Müəssisənin fəaliyyətinin genişləndirilməsi və istehsal imkanlarının artırılması məqsədilə yeni istehsal xətlərinin qurulması ilə bağlı layihə hazırlanır. Layihənin həyata keçirilməsi nəticəsində müəssisənin istehsal gücünün artırılması və əlavə iş yerlərinin yaradılması nəzərdə tutulur. Qarşıdakı dövrdə zavodda çalışan işçilərin sayının 200 nəfərdən artıq olması, bununla da əhalinin məşğulluğunun təmin olunmasına və rayonun iqtisadi potensialının artırılmasına əlavə imkanların yaradılması planlaşdırılır.

Məhərrəm Quliyev müəssisənin gələcək fəaliyyətinin genişləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsinin rayonun sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcəyini bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar