Xəbər lenti
Dünən, 15:45
 

Tehran Mənsimovun doğum günüdür - VİDEO 0

Tarix: 24-08-2023 14:27     Baxış: 2 380


Bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş zabiti və Şuşanın azadlığı uğrunda döyüşlərin iştirakçısı Tehran Cavid oğlu Mənsimovun doğum günüdür.

Mubarozciler.az  xatırladır ki, Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub.

O, Birinci Qarabağ müharibəsində könüllü iştirak etdikdən sonra hərbi təhsil alaraq leytenant rütbəsində ordu sıralarında xidmətə başlayıb. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət edib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti olan Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib.

Noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda döyüşlərdə şəhərə girən ilk zabitlərdən olub.

Polkovnik-leytenant Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə”, “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. O, həmçinin, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına da layiq görülüb.

Tehran Mənsimov hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.

 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar