Xəbər lenti

Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq - SİYAHI 0

Tarix: 23-08-2023 20:02     Baxış: 1 470


İşgaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bunlardan biri Füzuli şəhər 1 nömrəli tam orta məktəbidir. Burada 349 şagird təhsil alacaq.

Şuşa şəhəri 1 nömrəli tam orta məktəb də yeni tədris ilində fəaliyyətə başlayacaq. Bu təhsil ocağında 314 məktəbli oxuyacaq.

Laçında isə iki məktəbin açılması nəzərdə tutulub - Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi.


2 nömrəli məktəbdə 227 şagird təhsil alacaq.

Zabux kənd məktəbində isə 147 şagird oxuyacaq.

Qeyd edək ki, Laçın rayonunun Sus kəndində məktəb tikintisinə başlanılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar