Xəbər lenti

Mirvarid Dilbazinin doğum günüdür 0

Tarix: 19-08-2023 13:29     Baxış: 994

BU GÜN İLK XALQ ŞAİRƏSİ MİRVARİD DİLBAZİNIN DOĞUM GÜNÜDÜR .

Mubarizciler.az xatırladır ki, Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Xanlıqlar  kəndində anadan olmuşdur.

APİ-nin dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışmışdır. İki dəfə «Şərəf nişanı» ordeni, «Qırmızı Əmək Bayrağı», «İstiqlal» ordeni və medallarla təltif edilmişdir.

«Qadınların hüriyyəti» adlı ilk şeri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şerləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. «Məhsəti» (1945), «Əlcəzairli qız» (1961), «Partizan Aliyə» (1972) poemalarının müəllifidir.

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə bir çox mahnı, romans və oratoriyalar bəsləmişlər. Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və b. şairlərin əsərlərini, Evripidin «İppolit» faciəsini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.


2001-ci il iyulun 12-də vəfat etmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar