Xəbər lenti
Dünən, 15:45
 

Azərbaycanın Milli Qəhramanı Sərdar Mədət oğlu Səfərovun doğum günüdür 0

Tarix: 12-08-2023 13:32     Baxış: 1 652

Azərbaycanın Milli Qəhramanı Sərdar Mədət oğlu Səfərovun doğum günüdür.

Mubarizciler.az xatırladır ki, Sərdar Mədət oğlu Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 

1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979— 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır.

1991-ci il 25sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində «QAZ-53» markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu.

Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdi.

 Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Kəlbəcər rayonunda dəfn edilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar