Xəbər lenti

DTX qeyri-leqal yolla ölkə ərazisinə daxil olan şəxslə bağlı xüsusi əməliyyat keçirdi - VİDEO 0

Tarix: 11-08-2023 23:29     Baxış: 1 337


Azərbaycan vətəndaşlığından məhrum edilən terrorçu Kamran Azər oğlu Zülfüqarov qeyri-leqal yolla ölkə ərazisinə keçib.

Xezerxeber.az-ın məlumatına görə, terrorçunun Azərbaycanda olması barədə məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar nəticəsində yoxlanılaraq öz təsdiqini tapıb və gizləndiyi yer müəyyən edildikdən sonra həmin şəxs saxlanılıb.

Kamran Zülfüqarov barəsində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) və digər maddələri ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarı ilə həbs edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində Kamran Zülfüqarovun Suriya ərazisində İŞİD-in xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsədiyi məlum olub.

Kamran Züflüqarovun dini radikalizm və dini düşmənçilik zəminində Suriyanın Haritan şəhərində “Xalid dayı” dini ləqəbli Rövşən Kitab oğlu Bədəlovun rəhbərlik etdiyi, bilavasitə kəşfiyyat aparan və terror hücumları törədən qanunsuz silahlı qruplaşmanın tərkibində döyüşlərdə və silahlı münaqişələrdə iştirakına dair dəlillər əldə edilib.

“Kamran Zülfüqarov İŞİD-in tərkibində olduğu vaxt törətdikləri cinayətlərdən də danışıb”.

Kamran Zülfüqarovun daxil olduğu cinayətkar dəstənin üzvlərinin öz şəxsiyyətlərini gizli saxlamaqla əks tərəfdə vahimə yaratmaq üçün ələ keçirdikləri şəxslərin başlarını kəsərək nümayiş etdirmələri və xüsusi qəddarlıqla törətdikləri digər əməllər barədə də sübutlar toplanıb.

Kamran Zülfüqarov istintaqa verdiyi ifadə zamanı Suriyadan qaçmağının detallarını da danışıb. O, qanunsuz silahlı qruplaşmaya qoşulmağından və törətdiyi əməllərdən peşman olduğunu bildirib.

Qeyd edək ki, 14 dekabr 1983-cü ildə Salyan rayonunda anadan olan, Azərbaycan vətəndaşı Kamran Zülfüqarov 2013-cü ildə ölkə ərazisini tərk edərək Suriyada aparılan silahlı münaqişələrdə və terror əməllərinin törədilməsində iştirak edib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən toplanılmış materiallar əsasında və müvafiq qanunvericiliyə uyğun qaydada təhlükəli terrorçu kimi 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından məhrum edilib, ölkəyə girişi qadağan olunmaqla Azərbaycana qayıtmaq hüququnu itirib.

Daha ətraflı süjetdə:





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar