Xəbər lenti

Milli Qəhrəman Əli Məmmədovun doğum günüdür 0

Tarix: 11-08-2023 14:25     Baxış: 1 624

11 avqust polis kapitanı, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Əli Məmmədovun doğum günüdür.

Mubarizciler.az xatırladır ki, Əli Məmmədov 11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır.

Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə almışdır. 1975-ci ildə ordu sıralarına çağırılır. Əli Macarıstanda xidmətini başa vurur. 1982-ci ildə Polis Akademiyasına daxil olmuşdur. Əli Məmmədov 1992-ci ildən cəbhəyə getməyə başlayır.

Əli Məmmədov 1992-ci il 24 sentyabr Laçın cəbhəsində vuruşmağa başlayır. Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz 1 oktyabr 1992-ci il tarixində səhər tezdən güclü hücuma məruz qalırlar. Yaralıları təhlükəsiz yerə çaıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli başından ağır yaralanır. Mərd və cəsur döyüşçü bu yaradan da əbədiyyətə qovuşur.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakı küçələrindən biri Əli Məmmədovun adını daşıyır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar