Xəbər lenti

“Kosmik fəaliyyət haqqında” Qanun təsdiqləndi 0

Tarix: 04-08-2023 22:22     Baxış: 1 764

Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Qanunu təsdiqləyib.

Mubarizciler.az-ın məlumatına görə, bu Qanun Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

Bu Qanun kosmik fəaliyyətin subyektlərinə şamil olunur. Azərbaycan Respublikasının hava məkanı daxilində kosmik obyektə münasibətdə Azərbaycan Respublikasının müvafiq qanunları şamil edilir.

Ələt azad iqtisadi zonasında kosmik fəaliyyət və kosmik sənaye sahələrində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar