Xəbər lenti

Qazimiz uğurlu əməliyyat olundu

Tarix: 22-06-2023 11:51     Baxış: 1 904

Respublika Klinik Xəstəxanasında qazimiz Yeqor Qodakov uğurlu əməliyyat olunub.
Xəstəxanadan  bildirilib ki, Qəbələ rayon Nic kənd sakini, qazi Yeqor Qodakov qəza keçirməsi nəticəsində TƏBİB-in tabeliyində olan akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirilib, xəstəxananın Travmatologiya şöbəsinin uzman həkimi Türkel Hüseynoğlu tərəfindən müayinə edilib, xəstəyə sol baldır və sağ diz qapağı sümüklərinin qəlpəli yerdəyişən sınıqları diaqnozu qoyulub.
Xəstəyə sol qamış sümüyünə intramedulyar osteosintez və sağ diz qapağına veber üsulu ilə osteosintez cərrahi əməliyyatı olunub. Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının personalına minnətdarlığını bildirib.
II Qarabağ müharibəsi qazisi Yeqor Qodakov 2000-ci ildə Qəbələ rayonunun Nic kəndində anadan olub. Suqovuşanın, Laçın və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Çox oxunanlar