Xəbər lenti
8-05-2026, 14:49
 

Naftalanda idmanın inkişafına xüsusi diqqət göstərilir

Tarix: 26-01-2023 15:12     Baxış: 1 347

Heydər Əliyev parkında idman qurğuları quraşdırılıb 

Son illərdə Naftalanda idmanın inkişafına xüsusi diqqət göstərilir. Şəhərin müxtəlif ərazilərində açıq havada idman qurğularının istifadəyə verilməsi şəhərdə gənclərin idmana olan marağını daha da artırılmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə insanların sağlamlığı və bütövlükdə idmanın inkişafı üçün verdiyi tapşırıqlara əsasən, eləcə də “Heydər Əliyev İli” çərçivəsində ŞİH tərəfindən əhalinin fiziki aktivliyini təmin etmək məqsədilə Ulu Öndərin adını daşıyan parkda, açıq havada müxtəlif idman qurğuları quraşdırılıb. Bu qurğulardan təkcə şəhərin yeniyetmə və gəncləri deyil, həmçinin şəhərə gələn yerli və xarici turistlər də asudə vaxtlarında istifadə edə biləcəklər.

Gələcəkdə şəhərin müxtəlif ərazilərində bu cür idman qurğularının quraşdırılması nəzərdə tutulmuşdur.

Mubarizciler.az







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar