Xəbər lenti
18-11-2024, 12:06
 

Şuşanın incisi Xarıbülbül Cəlilabadda - FOTOLAR 0

Tarix: 18-04-2023 00:31     Baxış: 913

Xarıbülbül may-iyun aylarında bitir. Ömrü bir aydır. 

Qoxusu yoxdur. 

Kökü kartof bitkisinin kökünə oxşayır, gövdəsinin uzunluğu altmış-yetmiş santimetrə çatır. Üstündə beş-yeddi çiçəyi olur. Çiçəklərinin açılması da özü kimi qəribədir bu gülün. Hər gün aşağıdan yuxarı ta sonuncuya qədər bir çiçəyi açılır. Hamısı açılandan sonra yenə də aşağıdan yuxarıya sarı gündə biri solmağa başlayır.

Qarabağ münaqişəsi başlayandan Xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdir. Qarabağ ərazisi işğal olunduqdan sonra isə Xarı bülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda Xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu.

Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirməyə başladı. Azərbaycanda İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilməklə yanaşı həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınır.

Xarıbülbül öz doğma vətənindən, öz torpağından başqa yerdə bitmir. Çoxları bu çiçəyin vətənini, torpağını dəyişməyə səy göstəriblər, onu köklü-köməcli çıxarıb başqa yerdə əkmək üçün aparsalar da, nəticə verməyib amma Xarıbülbülün cənub rayonlarına doğru yayılması xüsusilə də Cəlilabad rayonunun 10-dan çox kəndində bitməsi insanların marağına səbəb olmuşdur.

Azərbaycan təbiəti üçün endemik bitki hesab olunan və əsl adı Qafqaz Qaş Səhləbi olan Xarıbülbül "Qırmızı kitab"a daxil edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar