Xəbər lenti
10-11-2026, 14:20
 
8-11-2026, 12:47
 

8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının qürur, şərəf və qəhrəmanlıq salnaməsi! - Fuad Vəliyev

Tarix: 17-11-2026 21:33     Baxış: 644

8 Noyabr Azərbaycan tarixinin ən möhtəşəm və unudulmaz səhifələrindən biridir. Bu tarix xalqımızın milli qürurunun, birliyinin, sarsılmaz iradəsinin və Vətən sevgisinin təntənəsidir.

2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək tariximizin ən böyük Zəfərlərindən birinə imza atdı. Bu möhtəşəm Qələbə xalqımızın illərlə həsrətində olduğu torpaqlara qovuşmasının, milli iradəmizin və dövlətimizin gücünün təntənəsinə çevrildi.

Bu Zəfər asan qazanılmadı. Onun arxasında minlərlə igid Vətən övladının qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz birliyi dayanır. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

8 Noyabr sadəcə bir Qələbə günü deyil, həm də Azərbaycan xalqının öz tarixinə, milli kimliyinə və dövlətçilik ənənələrinə sahib çıxdığının parlaq göstəricisidir.

Bu gün üçrəngli Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Bu bayraq şəhidlərimizin bizə əmanəti, gələcək nəsillərə isə azadlığın və müstəqilliyin müqəddəs rəmzidir.

Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, Azərbaycanımız daim var olsun!


8 Noyabr – Zəfər Günümüz mübarək!


Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.

Qarabağ Azərbaycandır! Zəfər bizimdir!



Fuad Vəliyev

“Master Metal Company” MMC-nin baş direktoru.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar