Xəbər lenti
10-11-2026, 14:20
 
8-11-2026, 12:47
 

İcra başçısı “Əməkdar müəllimi” ziyarət edib Fotolar

Tarix: 18-11-2026 20:10     Baxış: 427

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2013-cü il tarixli, 3176 nömrəli Sərəncamı ilə Azərbaycanda təhsilin inkşafındakı xidmətlərinə görə “Əməkdar Müəllim“ adı ilə təltif edilmiş Xatın Rüstəmovanı evində ziyarət edib, onun səhhəti və qayğıları ilə maraqlanıb.

Mubarizciler.az xəbər verir ki, Ziyarətdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər rayon komitəsinin sədri Niyaməddin Aslanov da iştirak ediblər.

Görüş zamanı rayon rəhbəri Xatın müəllimənin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərini yüksək qiymətləndirib. Qeyd olunub ki, o, əvvəlcə Tərtər Peşə Məktəbində, daha sonra isə şəhər 2 nömrəli məktəb-liseydə çalışaraq pedaqoji fəaliyyətini şərəflə yerinə yetirib. Rayon rəhbəri müəlliməyə möhkəm cansağlığı arzulayıb, respublika prezidenti cənab İlham Əliyev tərəfindən müəllim əməyinə verilən dəyərdən söhbət açaraq, müəllimlərin hər  zaman qayğı və diqqətlə əhatə olunmasının vacibliyini vurğulayıb. Xatın Rüstəmova  ona göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar