Xəbər lenti

Tərtərdə "14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyuldugu gün” mövzusunda tədbir keçirilib Fotolar

Tarix: 14-07-2025 14:13     Baxış: 357

“Konstitusiya və Suverenlik ili - 2025”: “14 iyul 1969-cu  il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyuldugu gün”  mövzusunda tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, darə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr iştirak ediblər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 2025-ci il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli “ elan edilib. Bu il müstəqil Azərbaycan Konstitusiyasının  qəbul edilməsindən 30, Vətən müharibəsində qazanılan zəfərdən 5 il keçir. Artıq doğma Vətənimiz azad və suverendir. Müstəqil Azərbaycanın tərəqqisi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində  misilsiz rol oynayır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Ulu Öndər hakimiyyətə gələndə ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab vermirdi. SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu. Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi. Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. Həmin dövrdə bu məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib. Ümummilli Lider deyirdi: “Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər  insanların  yaşadığı bir diyardır.” Ulu Öndərin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən sonra rayonumuzun ictimai-siyasi və iqtisadi həyatında böyük dəyişikliklər oldu. Həmin illərdə Tərtər 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı torpaq sahəsi verilib. Bundan başqa, rayonda 2000-ə yaxın işçi qüvvəsi olan Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan Şirə zavodu, Süd emalı zavodu, Yol tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib. Sərsəng su anbarının tikintisi ilə maraqlanıb və onun səyi nəticəsində inşası 5 ilə nəzərdə tutulmuş layihə cəmi bir il ərzində icra olunub. Ulu Öndərin diqqət və qayğısı ilə Tərtər rayonu inkişaf edib, gözəlləşib. Rayon rəhbəri Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn zaman ölkədəki ictimai-siyasi vəziyyətdən, xaos və qarşıdurmadan, ölkəmizin parçalanmaq təhlükəsindən, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsindən, 20 Yanvar faciəsi, Xocalı soyqırımından da danışıb, Ulu Öndərin xalqının səsini bütün dünyaya çatdırdırdığını qeyd edib, görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanmasını yada salıb. Qeyd olunub ki, dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevirməsi olduğunu vurğulayıb. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır. 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan  Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edilib.  Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, ”Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova və Şıxarx 1 saylı tam orta məktəbin direktoru Vəfa Quliyeva, Tərtər Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin direktor müavini, baş həkim Bəkir Nağıyev çıxış ediblər. Çıxışlarda bu günkü azad və suveren Azərbaycanın təməlinin məhz Ulu Öndər tərəfindən qoyulduğu qeyd olunub. Bildirilib ki, Ümummilli Lider müstəqil Azərbaycan konstitusiyasının müəllifidir.

Sonda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filim nümayiş etdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar