Xəbər lenti

Polis Biləsuvarda Kiberdələduzluqla mübarizə istiqamətində vətəndaşları maarifləndirdi - Fotolar

Tarix: 02-06-2024 22:03     Baxış: 1 925

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə Biləsuvarda vətəndaşlar arasında maarifləndirmə işləri təşkil olunub.

Mubarizciler.az xəbər verir ki,  Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları sakinlərlə bu mövzuda profilaktiki söhbətlər aparıb və zəruri məlumatlar veriblər. Vətəndaşlara izah olunub ki, kiberdələduzların qurbanı olmamaq üçün müxtəlif sayt və sosial şəbəkələrdə şirnikləndirici vədlərə aldanıb şübhəli linklərə keçid edilməməli, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.

Əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının yaxınlığında xəbərdaredici elanlar yerləşdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar