Xəbər lenti

Daha bir idmançımız dünya çempionu oldu

Tarix: 20-05-2024 10:54     Baxış: 644

Azərbaycanın paraatleti Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Mubarizciler.az xəbər verir ki, o, T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə birinci olub.

Qeyd edək ki, daha əvvəl Avropa çempionu olan idmançı ilk dəfə mundialda qızıl medala yiyələnib. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilən dünya çempionatında bürünc medala sahib çıxıb. İdmançı Tokio paralimpiadasının bürünc medalçısıdır. İki gün əvvəl paraatlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazandırıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar