Goranboyun İcrra başçısı yolun cari təmirindən sonrakı vəziyyətinə baxış keçirdi Fotolar + Yenilənib

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Nərimanlı kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılmış müraciət əsasında cari təmir işləri aparılmış Nərimanlı–Məşədiqaralar–Eyvazalılar kəndlərarası avtomobil yoluna baxış keçirdi.
Mubarizciler.az xəbər verir ki, Baxış zamanı yolun cari təmir işlərindən sonrakı vəziyyəti, görülmüş işlərin keyfiyyəti və yolun texniki vəziyyəti yerində nəzərdən keçirilərək, sakinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması, eləcə də yolun işıqlandırılması ilə bağlı məsələlər müzakirə olundu.
Məhərrəm Quliyev görülmüş işlərin nəticələri ilə tanış olaraq, yolun texniki vəziyyətinin daim diqqətdə saxlanılmasının, aparılan təmir işlərinin keyfiyyətinə nəzarətin təmin edilməsinin və əhalinin təhlükəsiz gediş-gəlişi üçün zəruri şəraitin yaradılmasının vacibliyini vurğuladı.
Rayon İcra Hakimiyyətinin başçısı, həmçinin Nərimanlı–Məşədiqaralar–Eyvazalılar kəndlərarası avtomobil yolunun işıqlandırılması məsələsinin aidiyyəti araşdırılması və mövcud imkanlar nəzərə alınmaqla müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verdi.




Xəbəri paylaş







































0772703001 