Naftalanda “Dərs vaxtı dərs üçündür” mövzusunda tədbir keçirilib Fotolar
Naftalan Şəhər İcra Hakimiyyəti və Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Dərs vaxtı dərs üçündür” mövzusunda tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə ŞİH-nin, ŞPŞ-nin məsul əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ümumilli Liderin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər. ŞİH-nin məsul əməkdaşı çıxışında şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının vacibliyini vurğulayıb. Bildirilib ki, şagirdlərin məktəb dərslərində tam və müntəzəm iştirakı, dərs prosesinə məsuliyyətli yanaşması və dərs vaxtından səmərəli istifadə etməsi təhsilin keyfiyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Polis əməkdaşları öz çıxışlarında kibercinayətkarlıqla mübarizə istiqaməti üzrə şagirdlərə internet və sosial şəbəkələrdən təhlükəsiz istifadə, şəxsi məlumatların qorunması və kibertəhlükələrdən müdafiə yolları barədə məlumat veriblər, narkotik vasitələrin insan sağlamlığına və gələcəyinə yaratdığı təhlükələrdən danışıblar, gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Həmçinin, Polis Akademiyasına qəbul qaydaları, qəbul üçün tələb olunan şərtlər, təhsil imkanları və gələcək karyera perspektivləri barədə şagirdlərə ətraflı məlumat verilib. Sonda tədbirin mövzusu ətrafında video materiallar nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb. Tədbirin əsas məqsədi şagirdlərin dərs prosesində iştirakının təmin edilməsi, hüquqi və təhlükəsizlik sahəsində maarifləndirilməsi, eləcə də onların sağlam və düzgün həyat tərzinə istiqamətləndirilməsidir.
Xəbəri paylaş







































0772703001 