Xəbər lenti
14-08-2026, 12:31
 

Goranboyda şəhər, qəsəbə və kənd komandaları arasında keçirilən futbol turnirinə yekun vuruldu Fotolar

Tarix: 16-08-2026 20:37     Baxış: 700

Goranboy rayonunda şəhər, qəsəbə və kənd komandaları arasında keçirilən futbol turnirinə yekun vuruldu.

Mubarizciler.az xəbər verir ki, 11 iyun - 15 avqust 2026-cı il tarixlərində Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsi və Goranboy Olimpiya İdman Kompleksinin dəstəyi ilə keçirilən, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunmuş futbol turniri sona çatdı.

Tədbirdə Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, Goranboy rayonu üzrə gənclər və idman sektorunun müdiri Cəfər Verdiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsinin sədri Kamil Baxşəliyev iştirak etdilər. Rəsmilər ölkəmizdə əsası Umumilli Lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasətindən bəhs edərək, Goranboy rayonunda da, idmana göstərilən diqqət və qayğıdan söz açdılar. Ölkəmizdə bütün idman növləri ilə yanaşı futbol idman növünün də sürətlə inkişaf etdiyini, həmçinin gənclərin bu idman növünə xüsusi maraq göstərdiyini iştirakçıların diqqətinə çatdırdılar.

Goranboy Olimpiya İdman Kompleksində baş tutan final mərhələsinin birincilik uğrunda oyunu Düzqışlaq və Baxçakürd kənd komandaları arasında keçirildi.

Yekun nəticələrə əsasən komandaların turnirdə tutduğu yerlər aşağıdakı kimi müəyyənləşdi:

I yer – Düzqışlaq kənd komandası

II yer – Baxçakürd kənd komandası

III yer – Alpout kənd komandası

Qeyd edək ki, turnirə şəhər, qəsəbə və kəndlərdən 16 komanda qatılmışdır.

Sonda I yerin qalibi olmuş komandaya kubok, diplom və medal, II və III yerlərin qalib komandalara isə diplom və medallar təqdim edildi. Turnirə qatılmış bütün komandalara təşəkkür edir və qalib gələn komandaları təbrik edərək növbəti yarışlarda uğurlar arzulayırıq.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar