Goranboyun İcra başçısı qəzalı körpünün mövcud vəziyyətinə yerində baxış keçirdi Fotolar

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri, o cümlədən ağsaqqalları ilə birgə rayonun Zeyvə kəndində Qaraçay çayının üzərində yerləşən və kənd sakinlərinin ikinci pay torpaqlarına gediş-gəlişində mühüm əhəmiyyət daşıyan qəzalı körpünün mövcud vəziyyəti ilə yerində tanış oldu.
Mubarizciler.az xəbər verir ki, baxış zamanı körpünün texniki vəziyyəti qiymətləndirilərək təmir-bərpa işlərinin təşkili, kənd əhalisinin və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması ilə bağlı görüləcək tədbirlər müzakirə edildi.
Rayon rəhbəri aidiyyəti xidmət sahələrinin rəhbərlərinə körpünün qısa müddətdə təmir olunması məqsədilə zəruri tədbirlərin görülməsi, müvafiq layihə və texniki təkliflərin hazırlanması, işlərin operativ şəkildə təşkil edilməsi ilə bağlı tapşırıqlar verdi.
Kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar körpünün kənd sakinlərinin gündəlik həyatında, xüsusilə ikinci pay torpaqlarına gediş-gəlişində mühüm əhəmiyyət daşıdığını bildirərək, mövcud problemin həlli ilə bağlı təklif və müraciətlərini diqqətə çatdırdılar.
Sonda rayon rəhbəri kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri ilə görüşərək Zeyvə kəndinin həlli vacib olan digər məsələləri ətrafında geniş fikir mübadiləsi apardı, sakinləri narahat edən problemləri dinlədi və qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirdi.




Xəbəri paylaş







































0772703001 