Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi Fotolar

Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi, Şura üzvləri, xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və yerli bələdiyyələrin birgə iştirakı ilə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.
Mubarizciler.az xəbər verir ki, Əvvəlcə iclasın gündəliyi iştirakçıların diqqətinə çatdırıldı. Gündəliyə daxil edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar təsdiq edilmiş Goranboy rayon İcra Hakimiyyətinin “İş Planı”nın hazırlanması, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 06 iyul 2026-cı il tarixli tövsiyə məktubuna əsasən Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargahın fəaliyyəti, 2026-cı ilin 7 ayı ərzində rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr və Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin icrasının təmin edilməsi vəziyyəti barədə aidiyyəti qurumlara konkret tapşırıqlar verildi.
İclasda həmçinin təhsil, səhiyyə, mədəniyyət və kənd təsərrüfatı sahələrində mövcud vəziyyət, rayon ərazisində dövlət mülkiyyətinə aid yay otlaq sahələrindən səmərəli və təyinatı üzrə istifadə olunması, şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların müraciət və problemlərinin operativ həlli, vətəndaş müraciətlərinin təhlili və icra intizamının yüksəldilməsi, erkən evlilik və qohum nikahlarının qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin genişləndirilməsi, qanunsuz tikintilərə qarşı mübarizənin gücləndirilməsi, eləcə də yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi məsələləri ətraflı müzakirə olundu.


Xəbəri paylaş







































0772703001 