Xəbər lenti
14-08-2026, 12:31
 

𝐌𝐢𝐥𝐥𝐢 𝐐ə𝐡𝐫ə𝐦𝐚𝐧 İ𝐬𝐠ə𝐧𝐝ə𝐫 𝐀𝐳𝐧𝐚𝐮𝐫𝐨𝐯𝐮𝐧 𝟕𝟎 𝐢𝐥𝐥𝐢𝐲𝐢 𝐪𝐞𝐲𝐝 𝐨𝐥𝐮𝐧𝐮𝐛 Fotolar

Tarix: 17-08-2026 12:56     Baxış: 686

Azərbaycanın Milli Qəhrəmanı, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş İsgəndər Aznaurovun anadan olmasının 70 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, Anım tədbirində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Recep Öztop, , Qazax–Tovuz Regional Təhsil İdarəsi müdirinin müavini Anar Məcidov, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Baş katibi Fuat Uçar, uzun illər Yeni Azərbaycan Partiyası Şəmkir Rayon Təşkilatının sədri vəzifəsində çalışmış Fəxrəddin Vəliyev, DATÜB-ün Azərbaycan nümayəndəsi Xalid Xəlilov, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər. Çıxışlarda İsgəndər Aznaurovun şərəfli həyat və döyüş yolundan, Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs olunub. Bildirilib ki, onun qəhrəmanlığı və Vətənə sədaqəti Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Qeyd olunub ki, İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanə hadisələrindən sonra bir çox ahıska türkü ailəsi kimi onun ailəsi də Azərbaycana pənah gətirib və Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıb. Bildirilib ki, 1992-ci ildən Azərbaycan Ordusunda könüllü olaraq zabit kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni silahlı dəstələrinə qarşı döyüşlərdə iştirak edib, Mutludərə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərin müdafiəsi zamanı şəxsi şücaət nümunələri göstərib. 1993-cü ilin baharında şəhid olan İsgəndər Aznaurova ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Bu gün onun adını daşıyan yaşayış məntəqəsi, küçə və məktəb mövcuddur. Vaxtilə döyüşdüyü səngər isə qəhrəmanın xatirəsinə “İsgəndər qalası” adlandırılıb. Tədbirin bədii hissəsində Kür qəsəbə İsgəndər Aznaurov adına tam orta məktəbin şagirdləri tərəfindən Milli Qəhrəmanın həyat və döyüş yolu, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan bəhs edən şeirlər, mahnılar və səhnəciklər təqdim olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar